Bank Of Baku

«Əmrahbank» nizamnamə kapitalını artıracaq

«Əmrahbank» nizamnamə kapitalını artıracaq
# 23 fevral 2009 14:39 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ildə əldə etdiyi mənfəəti nizamnamə kapitalının artırılmasına yönəldəcək. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətindən məlumat verilib.
«Əmrahbank»ın səhmdarları bu qərara gələrkən, ötən il Milli Məclisdə qəbul olunan bank və sığorta şirkətlərinə mənfəət vergisi üzrə verilən imtiyazları nəzərə alıblar. Belə ki, bank, sığorta və təkrarsığorta şirkətlərinə mənfəəti birbaşa kapitalın artırılmasına yönəltməyə imkan verən yenin qanun bu qurumları mənfəət vergisinin ödənilməsindən azad edir.
Xatırladaq ki, imtiyazlı vergi rejimi 2009-cu ildən qüvvəyə minib və 2012-ci ilədək qüaaədə olacaq. Bu qanun Azərbaycan Milli Bankı və Maliyyə Nazirliyinin təşəbbüsü ilə dünyada baş verən və dərinləşən maliyyə böhranı şəraitində ölkədəki maliyyə təsisatlarının sabitliyinin qorunması məqsədi ilə qəbul olunub.
Qeyd etmək lazımdır ki, «Əmrahbank»ın 2008-ci ildə əldə etdiyi xalis mənfəət 3,421 mln. manat, nizamnamə kapitalı isə 12,82 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR