Bank Of Baku

«Günay Anadolu» sığorta şirkəti göstərdiyi xidmətlərin sayını artırır

«Günay Anadolu» sığorta şirkəti göstərdiyi xidmətlərin sayını artırır
# 24 fevral 2009 08:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Günay Anadolu» Azərbaycan-Türkiyə sığorta şirkəti yaxın günlərdə göstərdiyi xidmətlərin çeşidinə «Gəmi sığortası»nı əlavə edəcək.
Şirkətin baş müdiri Vüqar Rəcəbovun «APA-Economics»ə verdiyi məlumata görə, bu növ üzrə xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq icazənin alınması üçün artıq Dövlət Sığorta Nəzarəti Xidmətinə lazımi sənədlər təqdim edilib. Yaxın günlərdə qurum tərəfindən icazənin təqdim olunacağı gözlənilir.
V.Rəcəbovun sözlərinə görə, bu sığorta növü üzrə tariflər Türkiyənin «Anadolu Sığorta» şirkəti tərəfindən müəyyənləşəcək.
Qeyd edək ki, hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
Xatırladaq ki, «Günay Anadolu» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin sığorta daxilolmalarının həcmi 2,280 mln. manat, ödənişləri 172,929 min manat, mənfəəti isə 10 min manat olub. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR