Bank Of Baku

«Fitch Ratings» Azərbaycan banklarının istiqraz emissiyaları üzrə reytinqlərini azalda bilər

«Fitch Ratings» Azərbaycan banklarının istiqraz emissiyaları üzrə reytinqlərini azalda bilər
# 24 fevral 2009 09:53 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. MDB ölkələrində fəaliyyət göstərən bank təşkilatlarının buraxdığı korporativ istiqrazlar üzrə borcların ödənilməsi ilə bağlı yarana biləcək çətinliklər zamanı əmanətçilər qarşısındakı öhdəliklər daha prioritetli olacaq. Bu barədə məşhur «Fitch Ratings» reytinq agentliyinin «APA-Economics»ə təqdim etdiyi xüsusi hesabatda deyilir.
Bu gün açıqlanan hesabata əsasən, Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Ermənistan və Gürcüstanda fəaliyyət göstərən banklar korporativ idarəetmə və risklərin səviyyəsinə görə ödəmə qabiliyyətin aşağı düşməsi problemi ilə üzləşə bilər. Reytinq agentliyinin ekspertləri hesab edirlər ki, borcların qaytarılması zamanı korporativ və fiziki şəxslər arasında seçim aparılan zaman əmanətçilərin hüquqları bankların digər kreditorları ilə müqayisədə daha üstün tutulacaq. Bununla belə, «Fitch Ratings»in hesabatına görə, əmanətçilərin borclarının qaytarılmasında birincilik hüququ daha yumşaq formada Azərbaycan və Özbəkistanda təmin olunur. Maraqlıdır ki, borcların bank istiqrazlarını alan investorlara subordinasiya əsaslarla ödənilməsi əmanətçilərin sığortalanması fondlarının imkanlarından asılıdır.
Reytinq agentliyi həmçinin qeyd edir ki, sadalanan ölkələrdə bankların pərakəndə fondlaşmasının payı 21-30% civarındadır. Təkcə Qazaxıstan və Özbəkistan bank sistemləri üzrə əmanətçilər hesabına toplanan vəsaitlərin xüsusi çəkisi müvafiq olaraq 13% və 14% təşkil edir. Passivlərin strukturu və qanunvericilik şəraitindən asılı olaraq, bank istiqrazlarının sahibləri tərəfindən verilə biləcək tələblərin vaxtında təmin olunmaması ehtimalı baxımından ən təhlükəli səviyyədə Özbəkistan (ehtimal 33%-dir), Rusiya, Ukrayna və Gürcüstandır. Azərbaycan (ehtimal 18%-ə bərabərdir) və Qazaxıstan isə «Fitch» tərəfindən bu kontekstə orta, Ermənistan isə ən əlverişli səviyyədədir.
Borcların subordinasiya əsaslarda ödənilməsi problemi artıq Rusiyada bir neçə bankın öhdəliklərdən icrasından boyun qaçırması nəticəsində reytinqlərin itirilməsi ilə müşahidə olunur. «Fitch Ratings» agentliyinin idarəedici direktoru Ceyms Uotson hesab edir ki, sonralar geniş sistem stress şəraitində bir neçə bankın öhdəliklərin yerinə yetirilməsi zamanı bu hal digər MDB ölkələrinin bank sistemlərinə də şamil oluna bilər.
Xatırladaq ki, Azərbaycanda fəal korporativ istiqrazlar portfeli yaradan banklar sırasına Azərbaycan Beynəlxalq Bankı, «Texnikabank», «Parabank», «Bank Standard», «Bank Respublika», «AGBank», «Atrabank», «Rabitəbank», «Accessbank» və «Muğan Bank» daxildir. Bu bankların son bir-iki ildə buraxdğı istiqrazların məcmu həcmi 277,42 mln. ABŞ dolları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR