Bank Of Baku

Azərbaycanda uzunmüddətli bank kreditlərinin rolu artır

Azərbaycanda uzunmüddətli bank kreditlərinin rolu artır
# 24 fevral 2009 10:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların 2009-cu ilin əvvəlinə 7 163,2 mln. manat təşkil edən məcmu kredit portfelinin 4 867,3 mln. manatı və ya 67,9%-i uzunmüddətli kreditlərin payına düşür. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən il ərzində ümumi kredit portfelinin həcmi 53% artığı halda, uzunmüddətli kreditlərin artım tempi 61%-ə bərabər olub.
Nəticədə, il ərzində kredit qoyuluşlarının strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisi 3,2 faiz bəndi artıb.
Eyni zamanda, qısamüddətli kreditlərin həcmi 2008-ci ildə 39,2% artaraq 2 295,9 mln. manata çatıb. Ümumilikdə, uzunmüddətli kreditlərin qısamüddətli kreditləri üstələməsi tendensiyası yalnız 2006-cı ildə formalaşıb və hazırda davam edir. Bundan əvvəl isə Azərbaycanda qısamüddətli kreditlər üstünlük təşkil edib:




Qeyd edib ki, Azərbaycanda uzunmüddətli kreditlərin üstünlük təşkil etməsində müəyyən dərəcədə süni amillərin rolu var, çünki Milli Bankın metodologiyasına əsasən, 1 ildən artıq müddəti olan kreditlər uzunmüddətli hesab olunur, halbuki dünya praktikasında yalnız 5 ildən artıq olan aktiv və öhdəliklər uzunmüddətli kateqoriasına aid edilir. Bu səbəbdən, diqqət əsasən üstələmə tendensiyasının dəyişməsinə yönəldilməlidir. Yəni, 2006-cı ildə müddətlər baxımından kredit portfelində baş vermiş struktur dəyişikliklər əhəmiyyətli məna daşıyır, çünki artıq uç ildir ki, bu tendensiya saxlanılır. Qeyd edək ki, 2006-cı ildə 2005-ci illə müqayisədə uzunmüddətli kreditlərin həcmi 2,3 dəfə artığı halda, qısamüddətli kreditlər yalnız 25% artıb, hətta xarici valyutada verilən qısamüddətli kreditlərin həcmi il ərzində 15,5 mln. manat və ya 2,8% azalıb.
Müddətlər üzrə strukturun dəyişməsində bankların likvidliyinin həmin müddət artması və nəticə olaraq hətta istehlak kreditlərinin müddətinin artması mühüm rol oynayıb. Nəzərə almaq lazımdır ki, bankların kredit portfelinin təxminən 37%-i istehlak kreditlərinin payına düşür və bu kreditləri üzrə müddətlərin artması mühüm rola malikdir.
Cədvəldən göründüyü kimi, son üç ildə uzunmüddətli kreditlərin qısamüddətli kreditləri üstələmə nisbəti tədricən artıb. Belə ki, 2006-cı ildə uzunmüddətli kreditlər qısamüddətli kreditləri 7%, 2007-ci ildə 84%, 2008-ci ildə isə 2,1 dəfə üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR