Bank Of Baku

«Azər-Asiya» sığorta şirkətinin səhmdarlarının növbəti yığıncağı martda keçiriləcək

«Azər-Asiya» sığorta şirkətinin səhmdarlarının növbəti yığıncağı martda keçiriləcək
# 24 fevral 2009 12:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Asiya» Azərbaycan-İran sığorta şirkətinin səhmdarlarının növbəti yığıncağının tarixi müəyyənləşib. «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin baş hüquqşünası Əfqan Mirzəyevin «APA-Economics»ə verdiyi məlumata görə, iclas bu ilin mart ayının 25-də Bakıda keçiriləcək.
Toplantıda səhmdarlar tərəfindən şirkətin ləğv olunması ilə bağlı konkret qərarın verilməsi və ya lisenziya müddətinin uzadılması məsələsi müzakirə ediləcək.
Xatırladaq ki, sonuncu iclas ötən ilin dekabr ayının 1-də Tehranda (İran) keçirilib və yığıncaqda konkret qərar qəbul olunmayıb.
Qeyd edək ki, 2007-ci ilin fevral ayının 11-də Azərbaycan Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluq olub.
Səhmdarlar yol verilmiş nöqsanların aradan qaldırmağa, şirkətin nizamnamə fondunun 10 mln. manata çatdırmağa hazır olduqlarını bildirirlər.
Xatırladaq ki, təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR