Bank Of Baku

Dünya maliyyə böhranı «Azərqarant» sığorta şirkətinə mənfi təsir göstərib

Dünya maliyyə böhranı «Azərqarant» sığorta şirkətinə mənfi təsir göstərib
# 24 fevral 2009 12:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Dünyada müşahidə olunan maliyyə böhranı ilə bağlı Azərbaycanın «Azərqarant» sığorta şirkətinin «Avtomobil sığortası» növü üzrə satdığı polislərin sayı son bir ildə 2 dəfə azalıb.
Şirkətin İdarə Heyətinin sədr müavini Şükür Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, göstərilən xidmətlər arasında maliyyə böhranı daha çox «Avtomobil sığortası» üzrə özünü büruzə verir. Belə ki, digər sığorta növlərindən fərqli olaraq, şirkətin «Avtomobil sığortası» üzrə daxilolmalarının həcmi 2 dəfə azalıb. Bu isə birbaşa kommersiya banklarının avtomobil kreditləri üzrə şərtləri sərtləşdirməsi və kreditləşməni məhdudlaşdırması ilə bağlıdır. «Ümumiyyətlə, böhranın banklarla yanaşı Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinə də mənfi təsiri olub. Böhran bu ilin sonunadək davam edərsə, sığorta şirkətlərinin daxilolmalarında azalma qaçılmazdır», - deyə Ş.Hüseynov bildirib.
Qeyd edək ki, təsisçisi bir fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 1,059 mln. manat, ödənişləri isə 139,150 min manat təşkil edib. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat olub. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR