Bank Of Baku

Azərbaycan banklarının aktivləri son bir ildə 1,5 dəfə artıb

Azərbaycan banklarının aktivləri son bir ildə 1,5 dəfə artıb
# 24 fevral 2009 13:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərinin həcmi 2009-cu ilin fevral ayının 1-nə 10 083,1 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin fevralın 1-i ilə müqayisədə 3 372,5 mln. manat və ya 50,3% artıb.
Eyni zamanda yanvar ayında, yəni cari ilin əvvəli ilə müqayisədə bankların aktivləri 1,9% azalıb. Qeyd edək ki, il ərzində aktivlərin orta aylıq artımı 281 mln. manat təşkil etdiyi halda, yanvarda azalmanın həcmi 190,4 mln. manata bərabər olub.
Aktivlərin azalması banklar tərəfindən müəyyən səbəblərə görə kreditləşmənin azaldılması və əsasən bankların sərəncamında olan digər likvid aktivlərin, o cümlədən nağd pulların, qiymətli kağızlara investisiyaların azaldılması nəticəsində baş verə bilər. Bu səbəblər isə kommersiya banklarının xarici öhdəliklərin yerinə yetirməsi ilə əlaqəlidir.
Qeyd edək ki, son iki-üç ay ərzində banklar likvid aktivlərin toplanması və tədricən xarici öhdəliklərin ödənilməsi ilə məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR