Bank Of Baku

Azərbaycan Milli Bankının xarici öhdəlikləri tarixi minimuma çatıb

Azərbaycan Milli Bankının xarici öhdəlikləri tarixi minimuma çatıb
# 24 fevral 2009 13:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Bankının (AMB) xalis xarici aktivlərinin həcmi 2009-cu ilin fevral ayının 1-nə 5 071,7 mln. manat təşkil edib. AMB-dən «APA-Economics»ə verilən məlumata əsasən, hesabat tarixinə 5 134,6 mln. manat məcmu beynəlxalq aktivlər, 60,7 mln. manat isə xarici öhdəliklərin payına düşür.
Ötən ilin fevralın əvvəli ilə müqayisədə Milli Bankın xalis xarici aktivlərinin həcmi 23,4% artıb. Məcmu beynəlxalq aktivlər son bir ildə 22,6% artdığı halda, AMB-nin xarici öhdəliklərinin həcmi 27,6% azalıb.
Eyni zamanda, yanvarın əvvəli ilə müqayisədə mərkəzi bankın xarici aktivləri azalıb. Belə ki, yanvar ayında xalis xarici aktivlər 41 mln. manat və ya 0,8%, məcmu xarici aktivlər 45,6 mln. manat və ya 0,9%, xarici öhdəliklər isə 4,2 mln. manat və ya 6,5% azalıb. Beləliklə, hazırda müşahidə olunan Milli Bankın xarici öhdəliklərinin həcmi tarixi minimum səviyyəsindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR