Bank Of Baku

Azərbaycanda bank əmanətlərinin həcmi yenidən azalıb

Azərbaycanda bank əmanətlərinin həcmi yenidən azalıb
# 24 fevral 2009 13:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklarda yerləşdirilmiş əhalinin əmanətlərinin həcmi 2009-cu ilin fevral ayının 1-nə 1 833,9 mln. manat təşkil edib.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,3% çoxdur. Eyni zamanda, yanvarda əmanətlərin həcmi 69,8 mln. manat və ya 3,7% azalıb.
Qeyd edək ki, bu son zamanlar qeydə alınan artıq ikinci analoji aylıq azalmadır. Belə ki, əmanətlərin həcminin azalması həmçinin 2008-ci ilin oktyabrında (94,7 mln. manat) müşahidə olunub. Lakin sonradan, noyabrda əmanət bzası yenidən artmağa başlayıb və artıq noyabrda 14 mln. manat, dekabrda isə 95,7 mln. manat artıb.
Oktyabrda baş verən əmanətlərin azalması Milli Bank tərəfindən bank kreditləşməsinin məhdudlaşdırılması ilə izah olunurdu: kreditləşmənin məhdudlaşması şəraitində bəzi iş adamları öz sahibkarlıq fəaliyyəti üçün əmanətlərindən istifadə etməyə başlayıb və bəzi depozitlərdən vəsaitlərini geri gütürüb. Eyni səbəblər hazırda da yaşana bilər, çünki ilin əvvəlindən, yəni yanvar ayında həm aktivlərin, həm də kreditlərin azalması müşahidə olunur.
Ötən ilin oktyabrından əvvəl sonuncu dəfə əmanətlərin azalması 2007-ci ilin yanvarında müşahidə olunub və həmin vaxt aylıq azalma 84,2 mln. manat və ya 10,2% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR