Bank Of Baku

AGBI indeksi 1,0068, ANBDI indeksi isə 1,0001 təşkil edib

AGBI indeksi 1,0068, ANBDI indeksi isə 1,0001 təşkil edib
# 25 fevral 2009 07:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0065 bənd və ya 0,65% artaraq 2009-cu ilin fevral ayının 25-nə 1,0068 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0001 təşkil edib.
Fevralın 24-də 1 658 800 manat həcmində bir DQİ buraxılışı üzrə ödəniş aparılıb və 2 810 000 manat həcmində iki buraxılış yerləşdirilib. Nəticədə, DQİ bazarının kapitallaşması 1 151 200 manat artıb ki, bu da AGBI indeksinin yüksəlməsinə təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR