Bank Of Baku

«FINCA Azerbaijan»ın müştərilərinin sayı azalıb

«FINCA Azerbaijan»ın müştərilərinin sayı azalıb
# 25 fevral 2009 09:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2009-cu ilin fevral ayının 1-nə 64,099 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan analoji göstərici ilə müqayisədə 4% azdır.
Təşkilatın xüsusi layihələr üzrə koordinatoru Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, kreditlərin 33,015 mln. dolları qruplar üzrə, 31,084 mln. dolları isə fərdi qaydada verilib.
Həmçinin, təşkilatın ötən ay ərzində müştərilərinin sayı 2,4% azalaraq 81 775 nəfər təşkil edib ki, bunun da 61 181 nəfəri qrup müştəriləri və 20 594 nəfəri isə fərdi müştərilərin payına düşüb.
Xatırladaq ki, «FINCA Azerbaijan» qeyri-bank təşkilatı kreditləri həmrəy kredit qrupu üzrə aylıq 2,5-3%, kənd kredit qrupu üzrə 3,5%, fərdi kreditlər isə 2-3%-lə verir.
Təsisçisi ABŞ-ın «FINCA İnternational» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir. Cari ilin fevral ayının 1-nə qurumun nizamnamə kapitalı 5 min dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR