Bank Of Baku

«Azərqarant» sığorta şirkəti nizamnamə kapitalını 70% artırır

«Azərqarant» sığorta şirkəti nizamnamə kapitalını 70% artırır
# 25 fevral 2009 09:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant» sığorta şirkəti bu ilin mart ayının sonuna kimi nizamnamə kapitalını 70% artıraraq 1,7 mln. manata çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Şükür Hüseynov bildirib.
Ş.Hüseynovun sözlərinə görə, yaxın günlərdə emissiya prospektinin qeydiyyata alınması üçün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət olunacaq. Nizamnamə kapitalının tam ödənilməsi prosesi isə bu ilin mart ayının 20-dək başa çatdırılacaq. Qeyd edək ki, hazırda şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir.
Xatırladaq ki, Maliyyə Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin kapitalına qarşı tətbiq etdiyi minimal tələb 2009-cu ilin yanvar ayının 1-nə 1 mln. manat, 2010-cu il yanvarın 1-nə 2 mln. manat, 2011-ci il yanvarın 1-nə 3,5 mln. manat və 2012-ci il yanvarın 1-nə 5 mln. manat səviyyəsində müəyyənləşdirilib. Təkrarsığorta şirkətləri üçün tələb olunan kapital sığorta şirkətləri ilə müqayisədə 2 dəfə çoxdur.
Qeyd edək ki, təsisçisi bir fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 1,059 mln. manat, ödənişləri isə 139,150 min manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR