Bank Of Baku

“Rabitəbank” Namiq Musayevin intiharının onun peşəkar fəaliyyəti ilə əlaqədar olmasını istisna edir

“Rabitəbank” Namiq Musayevin intiharının onun peşəkar fəaliyyəti ilə əlaqədar olmasını istisna edir
# 25 fevral 2009 10:20 (UTC +04:00)
Bakı-APA. Namiq Musayevin intiharının onun peşəkar fəaliyyəti ilə əlaqədar olması istisna edilir. “Rabitəbank” Səhmdar Kommersiya Bankının Bakıdakı baş ofisindən APA-ya bildirilib ki, bank rəhbərliyi ilə Namiq Musayev arasında hər zaman normal və effektli işgüzar münasibətlər olub və onun peşəkar fəaliyyəti ilə bağlı heç vaxt narazılıq olmayıb: “Bankımızın Şəki filialı 2004-cü ildən fəaliyyət göstərir. Məhz həmin dövrdən Namiq Musayev filiala başçılıq edir. Ötən dövr ərzində filial pozitiv tendensiyalarla seçilib və rəhbərlik filialın işini həmişə müsbət qiymətləndirib. Hadisənin mərhumun şəxsi həyatı ilə bağlı olduğu ehtimal edilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR