Bank Of Baku

Azərbaycanda 12 672 borclu vergi ödəyicisi var

Azərbaycanda 12 672 borclu vergi ödəyicisi var
# 25 fevral 2009 10:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda borclu vergi ödəyicilərinin sayı 2009-cu ilin yanvarın 1-nə 12 672 təşkil edib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Ötən il ərzində əvvəlki illərdən vergi borcu yaranmış 12 875 vergi ödəyicisindən 6 769 ödəyici, 2008-ci ildə yeni borcu yaranmış 61 553 vergi ödəyicisindən 54 987 ödəyicinin borcu tamamilə ləğv edilib.
Vergi orqanları tərəfindən ötən il vergi ödəyicilərinə 364 890,5 min manat məbləğində borcun ödənilməsinə dair 201 940 bildiriş göndərilib. Bildirişdə göstərilən 5 gün müddətində borcunu ödəməyən vergi ödəyicilərinin bank hesablarına 377 351 sayda sərəncam verilib. Borclarını bildirişdən sonra tam ləğv etməyən vergi ödəyicilərinin 1 145 083,2 min manat məbləğində əmlakının siyahıya alınması barədə 36 981 qərar açılıb. Ümumilikdə, 2008-ci il ərzində əvvəlki dövrlərdən icrasız qərarlar daxil olmaqla 4 661 qərar üzrə əmlakı olan vergi ödəyicilərində siyahıyaalmanın aparılması təmin edilib, 35 055 qərar borc ləğv edildiyindən bağlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR