Bank Of Baku

«Bank Standard» müştərilərə üç hədiyyəli kartı təklif edir

«Bank Standard» müştərilərə üç hədiyyəli kartı təklif edir
# 25 fevral 2009 10:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) müştərilər üçün üç hədiyyəli kart növünü təklif edir.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hədiyyəli kartlar sırasına «GiftCard», «GəncKart», «MasterCard Standard» və ya «VISA Classic» (müştərinin istəyindən asılı olaraq bu kartların ikisindən biri seçilə bilər) kartları daxildir.
«GiftCard» adsızdır və kart özündə hədiyyə üçün mühüm bir xüsusiyyəti – sürpiz elementi daşıyır. Bu kartı başqa şəxsə bağışlayarkən onu pin-kodla birlikdə təqdim etmək yetərlidir. Çünki bu kart adsız olduğundan, onu həmin adamın adına qeyd etdirmək tələb olunmur. Kartdan həddi-buluğa çatmamış uşaqlar də istifadə edə bilər.
«GəncKart» isə özündə həm yığım, həm də ödəniş alətini birləşdirən unikal kartdır. Qalıq məbləğini cərimə sanksiyası və məhdudiyyət olmadan artırıb-azaltmaq imkanı, üstəgəl gündəlik qalıq üzərinə gələn (illik 10%) faiz gəliri bu kartı olduqca cəlbedici edir. Kart gənclər üçün nəzərdə tutulub və ona sahib olmaq üçün 18-35 yaş arası məhdudiyyət qoyulub.
«MasterCard Standard» və ya «VISA Classic» kartlarına gəldikdə isə, bu kartların əvvəlkilərə nisbətən daha əlverişli tarifləri və geniş istifadə imkanları var. Həmçinin, müştərilər bu kart vasitəsi ilə kredit xətti açmaq imkanı da əldə edə bilərlər.
Qeyd edək ki, yuxarıda sadalanan bütün kart növləri xüsusi hədiyyə zərfinin içində təqdim olunur.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 619,085 mln. manat, kredit portfeli 394,421 mln. manat, depozit portfeli 191,812 mln. manat, məcmu kapital 77,356 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,6 mln. manat təşkil edib. Bankın respublika üzrə 16 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR