Bank Of Baku

Azərbaycanda kiçik dövlət müəssisələrinin özəlləşdirilməsindən son 5 ildə büdcəyə 44,3 mln. manat daxil olub

Azərbaycanda kiçik dövlət müəssisələrinin özəlləşdirilməsindən son 5 ildə büdcəyə 44,3 mln. manat daxil olub
# 25 fevral 2009 12:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Son 5 il ərzində Azərbaycanda 11 500-ə yaxın kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib, daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 6 mindən çox müqavilə bağlanıb. Bu barədə «APA-Economics»ə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən məlumat verilib.
Ötən 5 il ərzində kiçik dövlət müəssisələrinin özəlləşdirilməsindən 44,3 mln. manat, icarəyə verilməsindən isə 16,3 mln. manat vəsait dövlət büdcəsinə köçürülüb.
Dövlət əmlakından təyinatı üzrə istifadə olunmasına nəzarət edilməsi məqsədi ilə aparılan monitorinqlər nəticəsində 3 minə yaxın dövlət əmlakı və yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələrindən əsassız istifadə halları müəyyən edilib.
Daşınmaz dövlət əmlakı üzərində bağlanmış icarə müqavilələri üzrə hüquqi və fiziki şəxslər tərəfindən icarə haqlarının dövlət büdcəsinə ödənilməsi sisteminin təkmilləşdirilməsi nəticəsində hüquqi və fiziki şəxslər tərəfindən 15 minə yaxın ödəniş həyata keçirilib. Hesabat dövründə dövlətə məxsus qeyri-yaşayış sahələrində 200-ə yaxın təşkilat 140 min kv. metr bina sahələri ilə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR