Bank Of Baku

Azərbaycanda məcmu bank kapitalı 43% artıb

Azərbaycanda məcmu bank kapitalı 43% artıb
# 25 fevral 2009 13:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının ümumi həcmi 2009-cu ilin fevral ayının 1-nə 1 517,2 mln. manat təşkil edib.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bankların məcmu kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 456,1 mln. manat və ya 43% artıb. Eyni zamanda, yanvar ayında bankların məcmu kapitalı 25,5 mln. manat və ya 1,7% artıb.
Qeyd edək ki, yanvarda bankların məcmu kapitalının artımı digər mühüm göstəricilərin azalması fonunda baş verib. Belə ki, yanvar ayında bank sistemində aktivlərin həcmi 190,4 mln. manat və ya 1,9%, kredit portfeli 21,3 mln. manat və ya 0,3%, əhalinin əmanətləri isə 69,8 mln. manat və ya 3,7% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR