Bank Of Baku

Dünya maliyyə böhranı ilə bağlı Azərbaycan dövlət büdcəsinin xərcləri 15% azaldıla bilər

Dünya maliyyə böhranı ilə bağlı Azərbaycan dövlət büdcəsinin xərcləri 15% azaldıla bilər
# 25 fevral 2009 14:10 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Dünya maliyyə böhranı şəraitində neftin qiymətinin aşağı səviyyədə qalması səbəbindən Azərbaycan hökuməti artıq bu ilin may ayında 2009-cu ilin dövlət büdcəsinə dəyişikliklər edə bilər. Bu barədə «APA-Economics»ə Milli Məclisin iqtisadi siyasət üzrə daimi komissiyasından məumat verilib.
Ölkədən ixrac olunan «Azeri Light» markalı neftin satış qiyməti 40 dollar/barel səviyyəsində olduğu bir şəraitdə, builki büdcə proqnozu hələ də 70 dollar təşkil edir. Məhz bu səbəbdən əvvəl 12,177 mlrd. manat səviyyəsində təsdiqlənən dövlət büdcəsinin gəlirləri yaxın gələcəkdə azaldıla bilər.
Parlamentdəki mənbələrin məlumatına əsasən, büdcə gəlirləri ilə bərabər büdcə xərclərinin də ən azı 15% azaldılmalıdır. Çünki əks halda, büdcə kəsirinin genişlənməsi istisna olunmur. Bununla yanaşı, Dövlət Neft Fondundan büdcəyə edilən transfertin artırılması mümkündür.
Xatırladaq ki, 2009-cu il dövlət büdcəsinin məsrəfləri 12,355 mlrd. manat səviyyəsində təsdiqlənib, budcə kəsiri 178 mln. manat və yaxud gəlirlərin 1,5%-ni təşkil edir.
Qeyd edək ki, maliyyə naziri Samir Şərifovun Milli Məclisdə son çıxışında pensiya təminatı, investisiya proqramları və digər sosial müavinətlərin ödənilməsi ilə bağlı hökumətin öhdəliklərinin icrasına dair zəmanət verilib. Nazirin sözlərinə görə, dövlət büdcəsinə yenidən yalnız may ayında baxıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR