Bank Of Baku

Azərbaycanda sığorta təşkilatlarının rəhbər işçiləri üçün növbəti imtahan keçiriləcək

Azərbaycanda sığorta təşkilatlarının rəhbər işçiləri üçün növbəti imtahan keçiriləcək
# 25 fevral 2009 14:17 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi fevralın 27-də sığorta, təkrarsığorta və broker təşkilatlarında rəhbər işçi qismində fəaliyyətə icazənin verilməsi üçün növbəti imtahanlar keçirəcək.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, imtahanlara 10 sığorta və 1 broker təşkilatını təmsil edən 21 nəfər buraxılacaq. Test üsulu ilə aparılacaq attestasiyadan uğurla keçmək üçün iştirakçılara 100 sualdan ən azı 70-nə cavab vermək lazımdır.
Xatırladaq ki, fevralın 3-də Maliyyə Nazirliyinin sığortaçılar üçün təşkil etdiyi imtahanlarda iştirak edən 18 nəfərdən 11-i attestasiyadan uğurla keçib. Bunlar «Qala Sığorta», «Bakı Sığorta», «Azal Sığorta», «Azərbaycan Sənaye Sığortası», «Beynəlxalq Sığorta Şirkəti», «Alfa» və «AtaSığorta» şirkətlərini təmsil edir.
Qeyd edək ki, test imtahanları «Sığorta təşkilatlarında rəhbər vəzifələrə namizədlər və sığorta sahəsində vasitəçilik fəaliyyəti üçün lisenziya almaqda maraqlı olan fiziki şəxslər üçün attestasiyanın keçirilməsi Qaydaları»na uyğun keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR