Bank Of Baku

Azərbaycanda bankların kredit portfeli yanvarda azalıb

Azərbaycanda bankların kredit portfeli yanvarda azalıb
# 26 fevral 2009 06:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının kredit portfelinin həcmi 2009-cu ilin fevral ayının 1-nə 6 967,1 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bankların kredit portfeli ötən ilin fevralın 1-i ilə müqayisədə 2 337 mln. manat və ya 50,5% artıb.
Eyni zamanda, bu ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə kredit portfeli 21,3 mln. manat və ya 0,3% azalıb.
Kredit portfelinin azalması gözlənilən idi, çünki maliyyə böhranının miqyası dünya üzrə genişlənəndən sonra, yəni ötən ilin sentyabr-oktyabr aylarından sonra Azərbaycan bankları həm öz daxili siyasətlərində edilən dəyişikiklərə əsasən, həm də Milli Bankın tövsiyələri ilə kreditləşmənin şərtlərini sərtləşdirib və kredit risklərinin idarə edilməsində işlərini gücləndirib. İlk növbədə bu, borcalanların təhlilində öz əksini tapıb və ən əvvəl istehlak kreditləri sahəsində tətbiq olunub. Qeyd edək ki, istehlak kreditlərinin payına bankların ümumi kredit portfelinin təxminən 36-37% düşür.
Kredit portfelinin azalması tək böhranla və böhranın nəticələri ilə bağlı deyil. Bu, həm də digər amillərlə bağlı ola bilər. Qeyd edək ki, sonuncu dəfə kommersiya banklarının kredit portfelinin azalması 2007-ci ilin iyul ayında müşahidə olunub və azalma 129,3 mln. manat və ya 3,7% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR