Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta agentləri üçün yeni kurs keçirəcək

Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta agentləri üçün yeni kurs keçirəcək
# 26 fevral 2009 06:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Təlim Tədris Qrupu bu ilin mart ayının 2-4-də sığorta agentləri üçün növbəti kurslar keçirəcək.
ASA-dan «APA-Economics»ə verilən məlumata görə, kurs iki gün, saat 09:00-dan 18:00-dək davam edəcək, üçüncü gün isə sınaq imtahanı keçiriləcək. Dərslər Dövlət Sığorta Nəzarəti Xidmətinin işçiləri tərəfindən aparılacaq.
Qeyd edək ki, kursda iştirak haqqı hər bir agent üçün 172 manat (nahar daxil olmaqla) müəyyənləşdirilib. Kurslar ASA-nın yerləşdiyi ünvanda təşkil olunacaq.
Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda quruma 28 sığorta şirkəti üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR