Bank Of Baku

ANBDI indeksi kəskin azalıb

ANBDI indeksi kəskin azalıb
# 26 fevral 2009 07:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0065 bənd və ya 0,65% azalaraq 2009-cu ilin fevral ayının 26-nə 1,0003 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi isə 0,2821 bənd və ya 28,21% azalaraq 0,7180 təşkil edib.
Fevralın 25-də mərkəzi bankın notları bazarında 50100421S seriyalı buraxılış üzrə 20 mln. manat həcmində ödəniş aparılıb və bu buraxılış dövriyyədən çıxarılıb. Həmin tarixdə 50100821S seriyalı not buraxılışı isə yerləşdirilib. Yerləşdirmənin həcmi 3 009 600 manat təşkil edib ki, nəticədə dövriyyədə olan notların həcmi 16 990 400 manat azalıb, bu da ANBDI indeksinin kəskin azalmasında öz əksini tapıb.
AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR