Bank Of Baku

«Parabank»ın yeni regional filialı açılıb

«Parabank»ın yeni regional filialı açılıb
# 26 fevral 2009 09:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankının (SKB) Şəmkir filialı fəaliyyətə başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filial Şəmkir rayonu, 20 Yanvar küçəsi,83 ünvanında yerləşir. Filialda fiziki və hüquqi şəxslərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, depozitlərin qəbulu, istehlak, biznes kreditlərinin verilməsi, mobil rabitə operatorları üzrə xidmətlərin ödənilməsi və beynəlxalq sürətli pulköçürmə əməliyyatları təqdim edilir.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 14 filialı fəaliyyət göstərir və bunun 8-i Bakıda yerləşir.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 65,552 mln. manat, depozit portfeli 35,905 mln. manat, kredit portfeli 42,317 mln. manat, məcmu kapitalı 12,353 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,070 mln. manata təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR