Bank Of Baku

Azərbaycan Milli Bankının ehtiyat pullarının həcmi azalıb

Azərbaycan Milli Bankının ehtiyat pullarının həcmi azalıb
# 26 fevral 2009 09:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Bankının (AMB) ehtiyat pullarının (manat pul bazası) həcmi 2009-cu ilin fevralın 1-nə 4 300,2 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə AMB-dən məlumat verilib.
Ehtiyat pulların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,5% artıb. Eyni zamanda, cari ilin yanvar ayında, yəni ilin əvvəlindən ehtiyat pullar 481,1 mln. manat və ya 10,1% azalıb.
Tərkibinə dövriyyədə olan nağd pullar və bank ehtiyatları, o cümlədən məcburi ehtiyatlar daxil olduğuna görə, ehtiyat pulların azalması ilk növbədə bankların məcburi ehtiyat normalarının son zamanlar kəskin endirilməsi ilə bağlıdır. Ümumilikdə, makroiqtisadi baxımdan ehtiyat pulların azalması kreditləşmənin fəallaşması, o cümlədən mərkəzləşdirilmiş kreditləşmənin artmasını göstərən müəyyən dərəcədə müsbət haldır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR