Bank Of Baku

«Royal Bank» Azərbaycan bazarına iki yeni «VİSA» kartını təqdim edib

«Royal Bank» Azərbaycan bazarına iki yeni «VİSA» kartını təqdim edib
# 26 fevral 2009 10:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Səhmdar Kommersiya Bankı (SKB) müştərilərə «Visa İnternational» beynəlxalq ödəniş sisteminə aid iki yeni kart məhsulunu - «Travel» və «Gift» kartlarını təqdim edib.
Bankın Plastik kartlar Departamentinin direktoru Fərid Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, ilkin mərhələdə hər iki məhsul üzrə 50 min plastik kartın emissiyasına dair razılıq əldə olunub. Bu ilin sonuna kimi isə «Royal Bank» tərəfindən bu kartların sayı 200 minə çatdırılacaq. «Qeyd etmək istəyirəm ki, kartların bəziləri bir dəfə istifadə üçün nəzərdə tutulub. Belə ki, kartın hesabında olan vəsait tam istifadə olunduqdan sonra kart yararsız hesab olunur. Hazırda 30 «Travel» və «Gift» kartı emissiya olunub», - deyə F.Həsənov bildirib.
Qeyd edək ki, kartların emissiyası «Azerisard» Prosessinq Mərkəzi tərəfindən həyata keçirilir. Hazırda bankın aktiv plastik kartlarının sayı 5 500-dən çoxdur.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 101,926 mln. manat, kredit 78,764 mln. manat, depozit portfeli 36,085 mln. manat, məcmu kapitalı 17,853 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,912 mln. manat təşkil edib. Hazırda bankın 3 mübadilə məntəqəsi, 29 bankomatı və 82 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR