Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının üzv təşkilatları üzrə orta kreditləşmə dərəcəsi azalıb

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının üzv təşkilatları üzrə orta kreditləşmə dərəcəsi azalıb
# 26 fevral 2009 11:22 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyasına (AKİA) üzv olan mikromaliyyə təşkilatları üzrə orta kreditləşmə dərəcəsi bu ilin fevral ayında 3 faiz bəndi azalaraq illik 15%-ə düşüb. Bu barədə «APA-Economics»ə AKİA-nın İdarə Heyətindən məlumat verilib.
Assosiasiyanın qaydalarına görə, üzv təşkilatlar tərəfindən ayrılan vəsaitlər Azərbaycan Milli Bankının ortaillik təkrarmaliyyələşdirmə göstəricisindən asılıdır. Belə ki, AKİA üzvləri AMB-nin uçot dərəcəsinin ortalama göstəricisinə yalnız 2 faiz bəndı əlavə edir. Qlobal maliyyə-iqtisadi böhranı şəraitində xarici maliyyələşdirmə mənbələrinin tükənməsinə baxmayaraq, Assosiasiya üzvlərinin məcmu kredit portfeli ilin əvvəlindən 12 mln. manata çatdırılıb. Maraqlıdır ki, bu məbləğin 1/3 hissəsi kredit ittifaqlarının nizamnamə kapitalları hesabına təmin olunub. Kreditlərin həcmi fərdi şəkildə 5 min manatdan 500 min manatadək təşkil edir.
Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı 78 kredit ittifaqından 45-i qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat təşkil edir. Ümumilikdə isə dünyada 46 min kredit ittifaqı fəaliyyət göstərir və bunların üzvlərinin sayı 172 mln. nəfərdir.
Qeyd edək ki, AKİA üzvlərinin kredit potensialının genişləndirilməsi məqsədi ilə Assosiasiya Maliyyə və Vergilər nazirlikləri qarşısında vergi yükün azaldılması və depozitlərin qəbul olunmasına icazə verəcək təşəbbüslərlə çıxış etməyə hazırlaşır. Faktiki kooperativ statusunda olan kredit ittifaqları həm 18%-lik ƏDV, həm 22%-lik mənfəət vergisi, eləcə də əldə olunan dividentlərdən 10% vergi ödəyir. Bundan başqa, onların vergi öhdəliklərinə mülkiyyət vergisinin də ödənilməsi daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR