Bank Of Baku

Azərbaycan maliyyə nazirinin Çexiyaya səfəri başa çatıb

Azərbaycan maliyyə nazirinin Çexiyaya səfəri başa çatıb
# 26 fevral 2009 13:27 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın maliyyə naziri Samir Şərifovun Çexiyaya rəsmi səfəri başa çatıb. Azərbaycanın Çexiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, bu ölkənin maliyyə nazirinin dəvəti ilə baş tutan bir günlük səfər çərçivəsində S. Şərifov Çexiya İxrac Bankının baş direktoru Luboş Pokornı ilə Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyəti və bu şirkətlərin ölkəmizdə həyata keçirdikləri layihələrin Çexiya İxrac Bankı tərəfindən dəstəklənməsi məsələlərini müzakirə edib. Çexiyanın maliyyə naziri Miloslav Kalouseklə görüşdə isə Çexiya və Azərbaycan arasında iqtisadi və maliyyə sahələrində ikitərəfli əlaqələr, iki ölkənin Maliyyə nazirlikləri arasında əməkdaşlıq imkanları, qanunvericilik bazasının gücləndirilməsi məsələləri müzakirə olunub.

S. Şərifov Azərbaycanda maliyyə sektorunda həyata keçirilən islahatlar, ölkəmizin qlobal iqtisadi böhran zamanı atdığı addımlar barədə ətraflı məlumat verib.

S. Şərifovu Çexiya Senatının sədri Pryemısl Sobotka da qəbul edib. Görüş zamanı Azərbaycan və Çexiya arasında möhkəmlənən strateji tərəfdaşlığın gündəliyində duran əsas məsələlər, eləcə də iki dövlət arasında gələcək əməkdaşlığın formaları müzakirə olunub.

Nazir Azərbaycanda fəaliyyət göstərən Çexiya şirkətlərinin rəhbərləri ilə də görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR