Bank Of Baku

Şahmar Mövsümov: «Dünya maliyyə böhranı Azərbaycan Dövlət Neft Fondunun xaricdəki aktivlərinə təsir etmir»

Şahmar Mövsümov: «Dünya maliyyə böhranı Azərbaycan Dövlət Neft Fondunun xaricdəki aktivlərinə təsir etmir»
# 26 fevral 2009 14:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünyada müşahidə olunan maliyyə böhranı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xaricdə saxlanılan vəsaitlərinə heç bir təsiri yoxdur. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş.Mövsümovun sözlərinə görə, fondun vəsaitlərinin böyük hissəsi yüksək reytinqli, likvidliyi yüksək olan qiymətli kağızlarda saxlanılır.
«Bizim vəsaitlər qiymətli kağızların elə seqmentində saxlanılır ki, böhranın səhm bazarından fərqli olaraq, bu seqmentə təsiri yoxdur», - deyə Ş.Mövsümov vurğulayıb.
ARDNF başçısı ötən il fondun 300 mln. dollar mənfəəti olduğunu, maliyyə böhranının yalnız gəlirlərə təsir göstərə biləcəyini qeyd edib.
Qeyd edək ki, ARDNF-in investisiya portfelinin 93,79%-i qiymətli kağızlar, 1,8%-i qısamüddətli kommersiya kağızları, 3,5%-i depozitlər və pul bazarı alətləri, 0,91%-i bank hesablarının payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR