Bank Of Baku

«Azerdemiryolbank» xanım əmanətçilər üçün yeni aksiya keçirir

«Azerdemiryolbank» xanım əmanətçilər üçün yeni aksiya keçirir
# 26 fevral 2009 15:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azerdemiryolbank» Səhmdar Kommersiya Bankında (SKB) bu ilin mart ayının 2-dən 10-dək hər hansı depozit hesabı açan zərif cinsin nümayəndələri pulsuz xüsusi dizaynlı plastik kart əldə edəcəklər. Aksiya 8 Mart - Beynəlxalq Qadınlar Günü bayramı ilə əlaqədar keçirilir.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni müştərilər başqa plastik kart sahibləri kimi «İl boyu endirimlər» layihəsi çərçivəsində Bakının bir sıra ticarət obyektində 15%-ə qədər güzəşt əldə edəcəklər.
Qeyd edək ki, «Azerdemiryolbank» əhaliyə dörd əmanət növü – «Sarı», «Qırmızı», «Göy» və «Yaşıl» adlı əmanət növü təklif edir. Vəsait cəlb etmənin maksimal dərəcəsi isə illik 18,75%-dir.
Xatırladaq ki, «Azərdəmiryolbank» SKB-nin 850-yə yaxın səhmdarı var. Nizamnamə kapitalının «25%+1 səhm» paketi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib və hazırda bankın respublika üzrə 27 filialı, 39 bankomatı və 252 POS-terminalı fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 224,698 mln. manat, kredit portfeli 168,592 mln. manat, depozit portfeli 49,497 mln. manat, məcmu kapitalı 37,398 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,40 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR