Bank Of Baku

«Royal Bank» bankomat və POS-terminalların sayını artırır

«Royal Bank» bankomat və POS-terminalların sayını artırır
# 27 fevral 2009 06:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin birinci yarısının sonunadək bankomatlarının sayını 21% artıraraq 35-ə çatdıracaq.
Bankın Plastik kartlar Departamentinin direktoru Fərid Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, artıq 6 bankomatın gətirilməsi ilə bağlı podratçı şirkətə sifariş verilib. «Macarıstan istehsalı olan NCR markalı həmin ATM-lər bu ilin mart ayının 15-də Azərbaycana gətirilərək paytaxtın biznes və ticarət mərkəzlərində quraşdırılacaq. POS-terminallara gəldikdə isə, ilin sonunadək bunların sayı 83% artaraq 150-yə çatdırılacaq», - deyə F.Həsənov bildirib.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişib.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 101,926 mln. manat, kredit portfeli 78,764 mln. manat, depozit portfeli 36,085 mln. manat, məcmu kapitalı 17,853 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,912 mln. manat təşkil edib. Hazırda bankın 3 mübadilə məntəqəsi, 29 bankomatı və 82 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR