Bank Of Baku

Azərbaycan Milli Bankın likvidliyin sterilizasiyasını kəskin azaldıb

Azərbaycan Milli Bankın likvidliyin sterilizasiyasını kəskin azaldıb
# 27 fevral 2009 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Bankının (AMB) dövriyyədə olan qısamüddətli notlarının ümumi həcmi 2009-cu ilin fevral ayının sonuna 43,327 mln. manat təşkil edib.
«APA-Economics»in apardığı hesablamalara əsasən, bu, analoji yanvar göstərici ilə müqayisədə 2,3 dəfə çoxdur. Xatırladaq ki, yanvarda 101,074 mln. manat həcmində not yerləşdirilib. Müqayisə üçün bildirək ki, dekabrda yerləşdirmənin həcmi 190 mln. manata bərabər olub.
Milli Bankın notları pul-kredit siyasətinin tərkib hissəsi olaraq, bank sistemində pul kütləsinin, daha dəqiq desək, artıq likvidliyin sterilizasiyası alətidir. Yəni, notları yerləşdirməklə Milli Bank banklardan qısamüddətli kreditlər götürür, bunun da əsas məqsədi banklara əlavə investisiya gəlirləri vermək deyil, məhz bazardan artıq likvidliyi «yığmaqdır».
Göründyü kimi, ötən ilin sonundan müşahidə olunan not bazarının azalması bir neçə amil və səbəblə əlaqəli ola bilər. Bunlardan biri notlar üzrə faiz dərəcələrinin (gəlirlik) bankların istədiyindən daha aşağı olması, ən əsası isə banklarda artıq likvidliyin olmasıdır. Hətta qeyd etməliyik ki, son zamanlar Milli Bank likvidliyin sterilizasiyasına əks olaraq mərkəzləşdirilmiş kreditləşməni artırıb və bu seqment not bazarını təxminən 4-5 dəfə üstələyir.
Belə ki, fevral ayında keçirilən 4 hərracda AMB tərəfindən təqdim edilən notlar təklifinin ümumi həcmi 65 mln. manat təşkil edib, yəni faktiki yerləşdirmədən 1,5 dəfə çox. Bunun da əsas hissəsi (30 mln. manat) bu ayın ilk hərracında (fevralın 4-də) yerləşdirilib. Bundn sonra, fevralın 11-də 15 mln. manatlıq emissiyanın 2 003 600 manatı, fevralın 18-də 10 mln. manatdan 8 313 400 manat, fevralın 25-də isə 10 mln. manatdan 3 009 600 manat yerləşdirilib. Bu da bankların tələbatının kəskin azaldığını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR