Bank Of Baku

«Bank Respublika»nın Şəki filialı fəaliyyətə başlayır

«Bank Respublika»nın Şəki filialı fəaliyyətə başlayır
# 27 fevral 2009 08:53 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Bu gün Azərbaycanın Şəki rayonunda «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) filialı fəaliyyətə başlayır. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyətindən məlumat verilib.
«Bank Respublika»nın Şəki filialının inzibati ofisi Rəsulzadə prospektində yerləşir. Bu gün saat 16:00-da filialın rəsmi açılış mərasimi keçiriləcək.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın «DEG İnvestisiya» şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayından bankın nizamnamə kapitalında «25%+1 səhm» paketinə sahibdir. Hazırda bankın respublika üzrə 21 filialı, 40 bankomatı və 290 POS-terminalı var.
Bu ilin yanvar ayının 1-nə bankın aktivləri 387,875 mln. manat, depozit portfeli 135,816 mln. manat, kredit portfeli 260,367 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 87,357 mln. manat, məcmu kapitalı 43,299 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,580 mln. manat təşkil edib.
Bankın gəlirləri ötən il 59,080 mln. manata, xərcləri isə 46,904 mln. manata, mənfəəti 12,175 mln. manata, xalis mənfəəti isə 9,583 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR