«APA-Economics»in Bakı Banklararası Valyuta Birjasının (BBVB) məlumatları əsasında verdiyi xəbərə görə, fevral ayının 23-27-də banklararası manat kreditləri üzrə bankların öz vəsaitlərinin yerləşdirmə dərəcələri orta hesabla 0,025 faiz bəndi düşüb. Əvvəlki həftə ərzində 0,31 faiz bəndi artım qeydə alınsa da, bu həftə faiz dərəcələri yalniz 90 günlük və bir illik kredit alətləri üzrə qalxıb. Bu zaman, pul bazarının əsas göstəricisi sayılan 90 günlük BakİBOR əmsalı illik 15,57%-dən 15,67%-dək artıb. Fevralın əvvəlindən isə bu göstərici 0,94 faiz bəndi düşüb.
Xatırladaq ki, Azərbaycan Milli Bankının təkrar maliyyələşdirmə dərəcəsi ayın əvvəlindən 5%-ə çatdırılıb.
ALƏTLƏR | 23.02.2009 | 24.02.2009 | 25.02.2009 | 26.02.2009 | 27.02.2009 |
7 gün BakIBOR (AZN) | 12,29% | 11,42% | 11,38% | 11,00% | 11,86% |
30 gün BakIBOR (AZN) | 14,42% | 14,50% | 14,33% | 14,00% | 13,43% |
90 gün BakIBOR (AZN) | 15,57% | 15,58% | 15,33% | 15,20% | 15,67% |
180 gün BakIBOR (AZN) | 16,58% | 17,00% | 16,60% | 16,60,4% | 16,60% |
360 gün BakIBOR (AZN) | 19,67% | 19,67% | 20,50% | 20,50% | 20,50% |
Ötən həftə ilə müqaisədə bankların mütəşəkkil pul bazarında manat vəsaitlərinin cəlbetmə dərəcələri dinamikası əks istiqamətdə dəyişib. Belə ki, müxtəlif banklararası kredit alətləri üzrə orta azalma 0,425 faiz bəndi təşkil edib. Nəticədə, 90 günlük kreditlər üzrə BakİBİD pul indikatoru illik 10,44%-dən 10,17%-dək enib və fevralın ortalarında qeydə alınan səviyyəyə düşüb. Beləliklə, pul bazarında ən çox işlənilən kredit faiz dərəcəsi (often used) 13,01%-dən 12,92%-ə çatıb.
ALƏTLƏR | 23.02.2009 | 24.02.2009 | 25.02.2009 | 26.02.2009 | 27.02.2009 |
7 gün BakIBİD (AZN) | 6,43% | 5,92% | 6,86% | 7,50% | 6,57% |
30 gün BakIBİD (AZN) | 8,83% | 8,92% | 8,50% | 7,80% | 8,50% |
90 gün BakIBİD (AZN) | 10,43% | 10,58% | 9,50% | 9,60% | 10,17% |
180 gün BakIBİD (AZN) | 10,42% | 10,80% | 9,50% | 9,63% | 9,50% |
360 gün BakIBİD (AZN) | 12,75% | 12,75% | 12,00% | 12,00% | 12,00% |
Qeyd etmək lazımdır ki, bankların faiz dərəcələri birjanın hesabladığı BakİBOR (Baku İnterbank Offer Rate) və BakİBİD (Baku İnterbank Bid Rate) göstəricilərində əksini tapıb. Həmçinin xatırladaq ki, qlobal iqtisadi böhranın dərinləşməsi ilə əlaqədar son bir neçə ay ərzində ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması məqsədi ilə Azərbaycan Milli Bankının təkrar maliyyələşdirmə dərəcəsi üç dəfə azaldılıb.
BakİBOR və BakİBİD - pul bazarında kreditlərin cəlb olunması və yerləşdirilməsi göstəriciləridir. Bu indikatorların hesablanması pul bazarının aparıcı bank-operatorları (market-meykerlər) tərəfindən elan edilən kreditlərin cəlb olunması və yerləşdirilməsi dərəcələri əsasında aparılır.