Bank Of Baku

Azərbaycan Milli Bankının sədri Elman Rüstəmov: «Manatın ucuzlaşması gözlənilmir»

Azərbaycan Milli Bankının sədri Elman Rüstəmov: «Manatın ucuzlaşması gözlənilmir»
# 27 fevral 2009 11:07 (UTC +04:00)
E.Rüstəmov qeyd edib ki, milli valyutanın dəyərinin dəyişməsinə gətirən bir neçə amil mövcuddur və əgər bunların bir hissəsi devalvasiyaya səbəb ola bilərsə, digərləri əksinə, milli valyutanın möhkəmlənməsinə əsas kimi qiymətləndirilə bilər.
Bunları nəzərə alaraq, E.Rüstəmovun sözlərinə görə, Milli Bankın hesablamalar və tədqiqatlarına əsasən, manatın möhkəmlənməsi üzrə amillər devalvasiya amillərindən daha güclüdür. «Bununla bağlı rəsmi olaraq deyə bilərəm ki, Azərbaycanda manatın devalvasiyası nəzərdə tutulmur və biz manatı sabit məzənnəsini saxlayacağıq», - deyən E.Rüstəmov həmçinin 2009-cu ildə bu sahədə bir neçə göstəricini qeyd edib. Belə ki, ilin əvvəlindən manatın sabitliyini təmin etmək məqsədi ilə Milli Bank öz valyuta ehtiyatlarından 300 mln. dollara yaxın vəsait xərcləyib: «Dünya maliyyə böhranı şəraitində digər ölkələr tərəfindən həmin məqsədlərə xərclənən vəsaitlərlə, həmçinin Azərbaycanın ümumi strateji ehtiyatlarının həcmi ilə müqayisədə bu, çox kiçik bir müdaxilədir».
Qeyd edək ki, ilin əvvəlindən manat ABŞ dollarına qarşı cəmi 0,5% ucuzlaşıb, avroya qarşı isə 7,8% möhkəmlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR