Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı investisiyalarını artıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı investisiyalarını artıracaq
# 27 fevral 2009 11:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) maliyyə böhranının qarşısını almaq məqsədilə əməkdaşlıq etdiyi ölkələrə investisiyalarının həcmini artırmaq niyyətindədir.
AYİB-dən «APA-Economics»ə verilən məlumatına görə, 2008-ci il ərzində bankın zərərinin əsas səbəbi fond bazarının azalması olub. Ötən il ərzində AYİB-in zərəri 602 mln. avro təşkil edib ki, cari ildə bank Şərqi Avropa ölkələrinə investisiyalarının həcmini artıracaq. Belə ki, əgər 2008-ci ildə AYİB-in yatırdığı investisiyaların həcmi 5,1 mlrd. avro təşkil edibsə, bu il ərzində sərmayələrin həcmi 7 mlrd. avroyadək artırılacaq.
Cari ildə AYİB maliyyə sektoruna 3 mlrd. avro, korporativ sahəyə 1,5 mlrd. avro, infrastruktur və energetika sahələrinə isə 2,5 mlrd. avro yönəldəcək.
Əgər 2007-ci ildə AYİB-in Şərqi Avropa regionuna yatırdığı investisiyaların həcmi 5,6 mlrd. avro təşkil etmişdirsə, 2008-ci ildə sərmayələrin həcmi 5,1 mlrd. avroyadək azalıb və bunun əsas səbəbi hazırda dünyada müşahidə olunan maliyyə böhranıdır.
Ötən il ərzində AYİB əsasən Qərbi Balkan, Qafqaz və Mərkəzi Asiya ölkələrinə diqqət yetirib. Belə ki, inkişaf edən ölkələrə (Azərbaycan, Gürcüstan, Ermənistan, Qırğızıstan, Moldova, Monqolustan, Tacikistan, Özbəkistan) yatırılan investisiyaların həcmi 2008-ci ildə 14% artaraq 586 mln. avroya çatıb. Qərbi Balkan ölkələrinə yönəldilən sərmayələrin həcmi isə 16% artaraq 534 mln. avroya bərabər olub.
Qeyd edək ki, AYİB 1991-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində bank 41,7 mlrd. avro həcmində öz hesabına düşən sərmayələrin yatırılmasını həyata keçirib.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. dollardan artıq olan 50-dən çox investisiya layihələsi imzalayıb. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR