Bank Of Baku

Azərbaycanda CAPSAP layihəsinin icrasına dair seminar keçirilib

Azərbaycanda CAPSAP layihəsinin icrasına dair seminar keçirilib
# 27 fevral 2009 11:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) arasında imzalanmış «Korporativ və Dövlət Sektorunda Hesabatlılıq» (CAPSAP) layihəsi üzrə Bakıda layihənin mərhələlərlə icrasını təmin etmək üçün nəzərdə tutulan tədbirlərə, layihədə iştirak edən tərəflərin vəzifələri və onların əldə edəcəkləri nəticələrə həsr olunmuş seminar keçirilib.
Azərbaycan Maliyyə Nazirliybndən «APA-Economics»ə verilən məlumata görə, seminarda layihənin əhəmiyyəti, onun verə biləcəyi töhfələr və Nazirliyin rəhbərliyi altında layihə üzrə görülən işlər barədə maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadə və Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak çıxış edərək məlumat verdikdən sonra CAPSAP layihəsi üzrə DB-nın qrup rəhbəri Yan Tilin, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndəsi Filip Kellerin, Yaponiyanın Azərbaycandakı səfirliyinin iqtisadi işlər və iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Matsuzava Kotaronun, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzovun, Hesablama Palatasının icmal analitik təhlil şöbəsinin müdiri Seyfəddin Talıbovun, Maliyyə Nazirliyi uçot siyasəti şöbəsinin müdiri Elxan Cəfərovun, Təhsil Nazirliyinin nümayəndəsi Natiq İbrahimovun layihə üzrə məruzələri dinlənilib.
CAPSAC layihəsi üzrə seminar iştirakçıları arasında dialoqlar, diskussiyalar aparılıb və seminar, layihədə iştirak edən tərəflərə müvafiq tövsiyələrin verilməsi ilə yekunlaşdırılıb.
Qeyd edək ki, DB bu layihəyə IDA standartlarına uyğun 11 mln. ABŞ dolları həcmində kredit ayırmağı planlaşdırır. Ümumilikdə isə layihəyə təxminən 24-25 mln. dollar sərf oluna bilər. Bundan başqa, layihəyə Azərbaycanın dövlət büdcəsindən və 2-3 qrant hesabına maliyyə vəsaiti ayrılacaq.
Xatırladaq ki, bu layihə beynəlxalq maliyyə hesabatlılığı standartlarının (IFRS) Azərbaycanda tətbiqinə yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR