Bank Of Baku

Azərbaycanda dövlət ipoteka kreditləşməsi tezliklə bərpa olunacaq, kreditlərin şərtləri isə sərtləşəcək

Azərbaycanda dövlət ipoteka kreditləşməsi tezliklə bərpa olunacaq, kreditlərin şərtləri isə sərtləşəcək
# 27 fevral 2009 11:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) ipoteka kreditlərinin maliyyələşdirilməsi prosesini tezliklə bərpa etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmovun sözlərinə görə, yaxın günlərdə AMB tərəfindən Azərbaycan İpoteka Fondunun borc qiymətli kağızlarının buraxılması təklifi ilə hökumətə müraciət olunacaq. Bununla bağlı, dünən AMB-də aidiyyəti orqanların rəhbərləri ilə müşavirə keçirilib.
E.Rüstəmovun fikrincə, zəmanətli olacaq bu borc kağızlarının banklara satılması, həmçinin onların bazarda likvid olması ölkədə ipotekanı daha da canlandıracaq. «İndiyədək AİF təxminən 65 mln. manata yaxın kredit vəsaiti yerləşdirib ki, bu onun dövlət tərəfindən verilmiş kapitalıdır və fond bu həcmdə də qiymətli kağız buraxa bilər. Fond tərəfindən vəsait yerləşdiriləndən sonra əlavə olaraq yerləşdirilmiş kreditlər həcmində və onların arxasında duran əmlak girov götürülməklə təminatlı kağızlar buraxıla bilər. Hesab edirəm ki, bütün bu proseslər Azərbaycanın qiymətli kağızlar bazarını genişləndirməyə və canlandırmağa şərait yaradacaq», - deə AMB başçısı vurğulayıb.
E.Rüstəmov bildirib ki, yeni mexanizmlə maliyyələşəcək ipoteka kreditləri üzrə faiz dərəcələri dəyişməyəcək və bu, birbaşa əhalinin alıcılıq qabiliyyətində müəyyən problemlərin olması ilə bağlıdır. «Lakin dünyada baş verən maliyyə böhranı ilə bağlı ipoteka qaydaları üzrə şərtləri bir qədər sərtləşdirmək lazım gələcək. Bildiyiniz kimi, kreditlər üzrə əsas risklər bankların üzərinə düşür. Lakin Milli Bank istəmir ki, bu riskləri banklar daşısın. Çünki, maliyyə böhranı şəraitində bu çox ciddi nəticəyə gətirə bilər», - deyə mərkəzi bankın sədri bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR