Bank Of Baku

İsmət Abasov: «Dünya maliyyə böhranı Azərbaycanda kənd təsərrüfatının kreditləşdirilməsində problem yaratmayacaq»

İsmət Abasov: «Dünya maliyyə böhranı Azərbaycanda kənd təsərrüfatının kreditləşdirilməsində problem yaratmayacaq»
# 27 fevral 2009 11:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünya maliyyə böhranına baxmayaraq, 2009-cu ildə Azərbaycanda kənd təsərrüfatının kreditləşdirilməsində heç bir problem gözlənilmir. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
İ.Abasovun sözlərinə görə, ötən il Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 mln. manat ayrıldığı halda, 2009-cu ildə büdcədə 20 mln. manat nəzərdə tutulub.
«Bu vəsait kənd təsərrüfatı istehsalçılarına güzəştli kreditlər şəklində veriləcək. Qeyd etməliyəm ki, ötən il büdcədən «Aqrolizinq» ASC-nin maddi-texniki bazasının gücləndirilməsi üçün 10 mln. manat ayrıldığı halda, bu il həmin məbləğ nəzərdə tutulmayıb. Tapşırıq var və büdcəyə dəyişikliklər zamanı ötən ilki məbləğdə vəsait ayrılacaq», - deyə İ.Abasov vurğulayıb.
İ.Abasovun sözlərinə görə, büdcəyə dəyişiklik zamanı bu məbləğin dəyişdirilməsi gözlənilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR