Bank Of Baku

Azərbaycan indiyədək 126 kredit sazişi üzrə 6,6 mlrd. dollar cəlb edib

Azərbaycan indiyədək 126 kredit sazişi üzrə 6,6 mlrd. dollar cəlb edib
# 27 fevral 2009 12:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökuməti 2008-ci ildə müxtəlif layihələrin maliyyələşdirilməsi üçün 1,92 mlrd. ABŞ dolları dəyərində 14 kredit sazişi və 2 maliyyə əməkdaşlığı sazişi imzalayıb. «APA-Economics»in məlumatına görə, bunu Nazirlər Kabineti investisiyalar şöbəsinin müdiri Nail Fətəliyev bildirib.
N.Fətəliyevin sözlərinə görə, 2009-cu ilin yanvarın 1-dək beynəlxalq təşkilatlar və donorlarla imzalanmış 126 kredit sazişinin ümumi məbləği 6,57 mlrd. dollar təşkil edib. Bundan 2,54 mlrd. dollar dəyərində 59 kredit sazişinin həyata keçirilməsi tamamilə başa çatıb.
Şöbə müdiri həmçinin bildirib ki, ötən il istifadə edilmiş kreditlər 3,66 mlrd. dollar olub. Kreditlərin 51%-i nəqliyyat, 30%-i energetika, 14%-i isə su təchizatının yaxşılaşdırılması sahələrində layihələrin icrasına yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR