Bank Of Baku

Azərbaycan Milli Bankının sədri ölkənin bank sistemində əsas göstəricilərin azalmasını iqtisadiyyatın daralması ilə əlaqələndirir

Azərbaycan Milli Bankının sədri ölkənin bank sistemində əsas göstəricilərin azalmasını iqtisadiyyatın daralması ilə əlaqələndirir
# 27 fevral 2009 12:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan bank sistemi üzrə bir sıra göstəricinin azalması müşahidə olunub. Belə ki, aktivlərin həcmi yanvarda 1,9%, kredit portfelinin həcmi 0,3%, əhalinin əmanətlərin həcmi isə 3,7% azalıb.
Bunu «APA-Economics»ə şərh edən Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edib ki, ilin birinci ayı əsasında hər hansı bir əsaslı nəticə çıxarmaq düzgün olmasa da, azalmanın səbəbləri həm mövsümi amillər, həm də ümumilikdə iqtisadiyyatın, pul axınlarının bir qədər daralması ilə bağlıdır.
Xatırladaq ki, yanvar ayında ÜDM-in azalması 2,6%, əsas kapitala yönəldilən investisiyaların - 24,4% olub. Belə şəraitdə maliyyə sektorunun göstəricilərinin də azalması gözləniləndir.
Eyni zamanda E.Rüstəmovun sözlərinə görə, bank sistemində əsas göstəricilərin yaxın zamanlarda artması ehtimalı çoxdur ki, bu da bank sistemi vasitəsi ilə iqtisadiyyata daxili mərkəzləşdirilmiş maliyyə axılarının nəzərdə tutulan artımı ilə bağlıdır.
«Hər hansı tendensiyanın müəyyənləşdirilməsinin mümkün olması üçün rübün sonunu gözləməliyik, lakin hesab edirəm ki, artım olacaq», - deyə E.Rüstəmov vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR