Bank Of Baku

Apreldə «AGBank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

Apreldə «AGBank»ın səhmdarlarının ümumi yığıncağı keçiriləcək
# 27 fevral 2009 12:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin aprel ayının 17-də Azərbaycanın «AGBank» Səhmdar İnvestisiya Bankının (SİB) səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda İdarə Heyəti və Audit Komitəsinin 2008-ci il üzrə hesabatı, bankın maliyyə nəticələrinin təsdiq edilməsi, Audit Komitəsinə yeni üzvün seçilməsi, dividentlərin bölüşdürülməsi və bankın 2009-cu ildə əsas inkişaf istiqamətlərinin müzakirəsi nəzərdə tutulub.
Xatırladaq «AGBank» SİB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 211,216 mln. manat, depozit portfeli 130,437 mln. manat, kredit portfeli 154,580 mln. manat, məcmu kapitalı 29,962 mln. manat, o cümlədən, nizamnamə kapitalı 15 mln. manat təşkil edib.
Bankın respublika üzrə 16 filialı, 53 bankomatı və 376 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR