Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı subsidiyaları məhsul istehsalına görə veriləcək

Azərbaycanda kənd təsərrüfatı subsidiyaları məhsul istehsalına görə veriləcək
# 27 fevral 2009 12:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiya və güzəştlərin verilmə mexanizmi təkmilləşdiriləcək. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
İ.Abasovun sözlərinə görə, hazırda Kənd Təsərrüfatı Nazirliyi müvafiq hökumət strukturları ilə yeni təkliflər üzərində işləyir. Nazirliyin təklifləri qəbul edilərsə, subsidiyalar məhsul istehsalına görə veriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına hər 1 ha torpaq sahəsinin becərilməsi üçün 40 manat, ərzaq buğdası istehsalçılarına isə əlavə olaraq 40 manat (cəmi 80 manat) subsidiya verilir. Bundan başqa, «Aqrolizinq» ASC tərəfindən ölkəyə gətirilən mineral gübrələr 50%-i dövlət tərəfindən ödənilməklə fermerlərə satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR