Bank Of Baku

Azərbaycan FATF-la intensiv danışıqlar aparır

Azərbaycan FATF-la intensiv danışıqlar aparır
# 27 fevral 2009 13:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidmətinin yaradılması istiqamətində müvafiq işlərə başlanılıb. Artıq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) struktur bölməsi olan FATF (Financial Action Task Force on Money Laundering) da bununla bağlı məlumatlandırılıb. «APA-Economics»in məlumatına görə, bunu bildirən AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov xatırladıb ki, bu yaxınlarda Azərbaycan prezidenti «Çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirməsinin qarşısının alınması haqqında» qanunu təsdiqləyib.
«Hazırda FATF-la intensiv danışıqlar aparılır və yaxın günlərdə FATF Azərbaycan bankları ilə bağlı bu yaxınlarda verdiyi tövsiyələrini geri götürəcək», - deyə E.Rüstəmov vurğulayıb.
AMB başçısı qeyd edib ki, Maliyyə Monitorinqi Xidmətinin yaradılmasında əsas məqsəd sağlam maliyyə vasitəçiliyinin tətbiqi və müəyyən elementlərin maliyyə sektoruna daxilolmasının, eləcə də cinayət yolu əldə olunmuş əmlakın leqallaşdırılmasının qarşısının alınmasıdır.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna Milli Bankı ölkədəki bank təşkilatlarına FATF-ın tövsiyyələri əsasında İran, Özbəkistan, Türkmənistan, Azərbaycan və Pakistan bankları ilə müxbir hesabların açılması sahəsində əməkdaşlıq etməməyi məsləhət görüb.
Qeyd edək ki, FATF – «Çirkli pulların» yuyulmasının qarşısının alınması üzrə maliyyə tədbirləri Qrupudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR