Bank Of Baku

Azərbaycan Milli Bankının valyuta ehtiyatlarının idarə edilməsindən gəlirləri bu il əhəmiyyətli dərəcədə azalacaq

Azərbaycan Milli Bankının valyuta ehtiyatlarının idarə edilməsindən gəlirləri bu il əhəmiyyətli dərəcədə azalacaq
# 27 fevral 2009 13:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) 2008-ci il ərzində valyuta ehtiyatlarının idarə edilməsindən 170 mln. ABŞ dolları həcmində gəlir əldə edib. Lakin bu il ərzində gəlirlərin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. «APA-Economics» məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmov azalmanın əsas səbəbini Azərbaycanın valyuta ehtiyatlarının bütün xarici kommersiya banklarından çıxarılması və bu il üçün maliyyə alətlərindən imtina etməsi ilə izah edib. Valyuta ehtiyatlarının xarici kommersiya banklarından çıxarılması isə birbaşa Azərbaycanın valyuta ehtiyatlarının qorunub saxlanılmasının təmin edilməsi ilə bağlıdır.
E.Rüstəmovun sözlərinə görə, dünyada maliyyə sabitliyi bərpa olunduqdan sonra Azərbaycan yenidən maliyyə institutları ilə bu sahədə əməkdaşlığa qayıdacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR