Bank Of Baku

Azərbaycan BMT-yə 121,8 min dollar üzvlük haqqı ödəyib

Azərbaycan BMT-yə 121,8 min dollar üzvlük haqqı ödəyib
# 28 fevral 2009 08:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan hökuməti BMT-nin 2009-cu il büdcəsinə üzvlük haqqını ödəyib. Artıq BMT-nin 43 üzv ölkəsi cari ilin büdcəsinə üzvlük haqlarının ödənişini həyata keçirib.
APA-nın məlumatına görə, Azərbaycanın ödədiyi üzvlük haqqı 121 816 ABŞ dolları təşkil edir. Bununla yanaşı, Gürcüstan üzvlük haqqı kimi 73 089 dollar, Ermənistan 48 726 dollar ödəyib.
Qeyd edək ki, ölkələr üzrə üzvlük haqlarının təsnifatını üç ildən bir BMT-nin Baş Assambleyası müəyyənləşdirir. Bu zaman üzv ölkələrin iqtisadiyyatının inkişaf səviyyəsi və əhalisinin sayı nəzərə alınır. Sonuncu dəfə analoji təsnifat 2007-2009-cu illər üçün 2006-cı ilin dekabrında müəyyənləşdirilib.
BMT-yə üzv olan dövlətlərin maliyyə öhdəlikləri üç hissədən ibarətdir: müntəzəm büdcə, sülhməramlı işlər və beynəlxalq tribunalların saxlanılmasına ödənişlər. Bu yaxınlarda Nyu-Yorkda BMT-nin Mənzil-Qərargahının əsaslı təmiri üçün ayrıca smeta tərtib olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR