Bank Of Baku

Ticarət Nazirliyi: Ötən il ABŞ-da iqtisadi inkişaf 7 illik minimuma enib

Ticarət Nazirliyi: Ötən il ABŞ-da iqtisadi inkişaf 7 illik minimuma enib
# 28 fevral 2009 09:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. ABŞ hökumətinin dəqiqləşdirilmiş məlumatlarına əsasən, ötən ilin IV rübündə ölkədə ÜDM-in həcmi 6,2% azalıb, halbuki analitiklər bu göstəricinin 5,4% səviyyəsində olacağını proqnozlaşdırdılar. İlkin məlumatlarda isə ÜDM-in 3,8% azalacağı proqnozlaşdırılırdı. «APA-Economics»in xəbərinə görə, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.
Eyni zamanda, ümumilikdə ötən ilin yekunlarına görə, ÜDM-in həcmi 1,1% artıb ki, bu da 2001-ci ildən sonra ən minimal illik göstəricidir. Qeyd edək ki, 2007-ci ildə ABŞ-da iqtisadi artım 2% təşkil edib.
Ötən ilin IV rübündə ABŞ-ın mal və xidmətlərin ixracı 23,6%, idxalı isə 16% azalıb. Əvvəlki rübdə isə ixrac 3% artıb, idxal 3,5% azalıb.
Ticarət Nazirliyinin şərhində bildirilir ki, ÜDM-in azalmasına əsasən ixracın və istehsalçıların xərclərinin azalması təsir edib. Eyni zamanda, bu amillərin mənfi təsiri dövlət büdcə xərclərinin artırılması hesabına bir qədər yumşaldılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR