Bank Of Baku

Koreyalı ekspertlər Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı Bakıda seminar keçirib

Koreyalı ekspertlər Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı Bakıda seminar keçirib
# 02 mart 2009 07:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Koreya İnkişaf İnstitutu ekspertlərinin iştirakı ilə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olma prosesinə dair seminar keçirilib.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, seminarda İnkişaf İnstitutunun «ÜTT-yə üzv olma prosesində Azərbaycanın mövqeyinin təhlili» mövzusunda tədqiqat işinin təqdimatı olub. İqtisadi İnkişaf, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələrinin təmsil olunduğu tədbirdə ÜTT-yə üzvlük üzrə Koreya təcrübəsi, idxal siyasəti və ÜTT sistemində tarif mexanizminin təkmilləşdirilməsi, kənd təsərrüfatı sahəsində ikitərəfli danışıqlar strategiyası və bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR