Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyası maliyyə böhranı ilə bağlı üzvlük haqlarını azaldıb

Azərbaycan Sığortaçılar Assosiasiyası maliyyə böhranı ilə bağlı üzvlük haqlarını azaldıb
# 02 mart 2009 09:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) dünya maliyyə böhranı ilə bağlı üzv-təşkilatlar üçün illik üzvlük haqqını 20% azaldaraq 4 min manata endirib. Bu barədə «APA-Economics»ə ASA-nın Müşahidə Şurasının sədri Cəmil Məlikov məlumat verib.
C.Məlikovun sözlərinə görə, üzvlük haqqının azaldılması dünyada müşahidə olunan maliyyə böhranı, həmçinin ASA-nın bu il ərzində xərclərinin, eləcə də bir sıra layihələrinin təxirə salınması ilə bağlıdır. «Böhranla bağlı bazardakı vəziyyəti nəzərə alaraq, Assosiasiyanın bu il ərzində görəcəyi işlər bir qədər azaldılıb. Lakin bazarın tələbindən asılı olaraq, eyni zamanda ASA tərəfindən iri layihələrin həyata keçiriləcəyini nəzərə alaraq, növbəti ildə üzvlük haqqı artırıla bilər», - deyə C.Məlikov bildirib.
Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR