Əmanət növündə vəsait müqavilədə göstərilən müddətdən əvvəl götürülərsə, faizlər vəsaitin faktiki saxlama dövrünə əsasən hesablanır və ödənilir. Əmanətin 12 ay müddətinə qəbul edilməsinə baxmayaraq, əmanətçi əmanətini cədvəldə göstərilən müddətlərə uyğun saxlaya bilər:
Depozitin müddəti | İllik faiz dərəcəsi | |
AZN | ABŞ | |
12 ayadək | 14 | 15 |
11 ayadək | 13 | 14 |
10 ayadək | 12 | 13 |
9 ayadək | 11 | 12 |
8 ayadək | 10 | 11 |
7 ayadək | 9 | 10 |
6 ayadək | 8 | 9 |
5 ayadək | 7 | 8 |
4 ayadək | 6 | 7 |
3 ayadək | 5 | 6 |
2 ayadək | 4 | 5 |
1 ayadək | 0 | 0 |
Qeyd edək ki, şəxsi hesablara vəsaitlər manatla və ABŞ dolları ilə nağd yolla qəbul olunur. Hesaba əlavə vəsaitlərin qəbul edilməsinə, əmanətin və faizin hissə-hissə ödənilməsinə yol verilmir. Əmanətə qəbul olunan minimal məbləğ isə 500 manat (dollar) səviyyəsində müəyyənləşib.
Xatırladaq ki, «Kapital Bank» SKB 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 577,590 mln. manat, depozit portfeli 481,974 mln. manat, kredit portfeli 365,847 mln. manat, məcmu kapitalı 71,910 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib. Bankın respublika üzrə 89 filialı, 298 bankomatı və 469 POS-terminalı fəaliyyət göstərir.