Bank Of Baku

Azərbaycanın birja valyuta bazarı ötən həftə 10 dəfə azalıb

Azərbaycanın birja valyuta bazarı ötən həftə 10 dəfə azalıb
# 02 mart 2009 10:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (fevralın 23-27-də) 20,063 mln. dollar təşkil edib ki, bu da əvvəlki həftənin analoji göstəricisindən 9,9 dəfə azdır.
«APA-Economics»in məlumatına görə, dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının valyuta bölməsində aparılan ticarət əməliyyatlarının orta göstəricisi) dəyişməyib və 0,8052 manat təşkil edib. Bununla belə, rəsmi məzənnə də dəyişməyib, halbuki həftə ərzində məzənnələrin dəyişməsi müşahidə olunub. Nağd alış və satış məzənnələri (banklar üzrə orta göstərici) müvafiq olaraq 0,01% və 0,25% enib:




Beləliklə, artıq üç həftə ərzində birja və rəsmi məzənnələrin, demək olar ki, tam uyğun olması və məzənnələrin dəyişməməsi müşahidə olunur. Məzənnələrin sabit olması, xüsusən də dünya maliyyə böhranı şəraitində müsbət haldır. Hətta nəzərə alınmalıdır ki, manatın məzənnəsinin sabit qalması üçün mərkəzi bankın ümumi müdaxiləsinin həcmi ilin əvvəlindən 30 mln. dollar təşkil edib ki, bu da böhran şəraitində elə də göstərici deyil. Nəticədə, ilin əvvəlindən manata qarşı dollar 0,5% möhkəmlənib, avro isə 7,8% ucuzlaşıb. Ötən həftə avro manata qarşı 1,25% ucuzlaşıb:


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR